Mobil versiya
"Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb"
Tarix: 09-04-2020 | Saat: 14:06
Bölmə:Karusel / Ölkə | çapa göndər

"Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb"







Xaricdə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı, Avropada oturan Qənimət Zahid iddia edirlər ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?

Aia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: "Ancaq burda insanlara deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və onlar sevinsinlər. Deyir "ilana ağıl verən kərtənkələdir. Bunlara da ağlı verən Əli Kərimlidir. Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz belələrini ifşa etməliyik. Onlar iqtidara müxalifət deyil, xalqa, dövlətçiliyə müxalifətdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024