Mobil versiya
“Azərbaycan Hüquq İslahatları” İctimai Birliyinin sədri Şaiq Mirzəyevin müsahibəsi
Tarix: 09-04-2020 | Saat: 11:57
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan Hüquq İslahatları” İctimai Birliyinin sədri Şaiq Mirzəyevin müsahibəsi




- Şaiq müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Azərbaycanda əhalinin sağlamlığı, səhiyyə xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin olunması dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.
Heç kəsin gözləmədiyi halda Çinin Uhan şəhərindən öz başlangıcını götürən COVİD-19 adlı koronavirus xəstəliyi tez bir zamanda bütün dünyanı bürüdü, qorxulu pandemiyaya çevrildi. Ölkəmizə də gəlib çatan koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq başlıca vəzifələrdən biri kimi, təxirəsalınmaz izolyasiya tədbirlərinin həyata keçirilməsi zərurəti yarandı. Qeyd edək ki, Azərbaycan koronavirusla mübarizədə hər cür potensiala malikdir. Bu da onu göstərir ki, bu qlobal pandemiya həm də milli təhlükəsizlik məsələsi olaraq hər bir vətəndaşın təhlükəsizliyi və sağlamlığı məsələsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə koronavirusun ilk əlamətləti müşahidə olunan kimi vaxtında və düzgün qərarıar qəbul etdi, ölkə vətəndaşlarının sağlamlığının qorunması və pandemiyanın ökədə yayılmasının qarşısının alınması yolunda zəruri addımlar atdı.
Nazirlər Kabineti yanında sutkanın 24 saatını işləyən Operativ Qərargah yaradıldı. Dövlət qurumlarının bu məsələdə operativ fəaliyyəti, təxirəsalınmaz tədbirlərin, o cümlədən operativ şəkildə sosial izolyasiya mexanizminin işə salınması, geniş maarifləndirmə işləri təşkil olundu. Vəziyyətin ciddiliyini nəzərə alan dövlət başçısı İlham Əliyev xüsusi karantin qaydalarına rəğmən əhalinin sosial izolyasiyaya keçməsini məsləhət bildi və 20 aprelədək ölkədə hərəkət məhdudiyyətləri həyata keçirilməsinə qərar verdi. Tibbi müşahidələr göstərir ki, bu kütləvi bəladan qorunmagın düzgün yolu sosial izolyasiya, sadə şəkildə desək, evdə oturmaq, bayıra çıxmamaqdır. Azərbaycan dövləti bunu faktiki şəkildə təmin edir, həyatı vacib obyektlərin işinə şərait yaradır, insanların maddi və mənəvi ehtiyaclarını qarşılayır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət edib. Mehriban Əliyeva hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb. Qeyd edək ki, biz hamılıqla “Evdə qal “kampaniyasına qoşulmaqla xalq birliyi, vətəndaş məsuliyyəti nümayiş etdirməliyik.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına qərar verilib.
Bütün bunlar, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.

aia.az
Elburus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024