Mobil versiya
Bu gündən ancaq bu şəxslər taksi sürə bilər
Tarix: 05-04-2020 | Saat: 13:24
Bölmə:Manşet | çapa göndər

Bu gündən ancaq bu şəxslər taksi sürə bilər





Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən yalnız aşağıda qeyd edilən taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək.

Aia.az-a daxil olan məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər.

Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024