Mobil versiya
Estoniyada koronavirusa yoluxanların sayı 1000-i keçdi
Tarix: 04-04-2020 | Saat: 15:09
Bölmə:Cəmiyyət | çapa göndər

Estoniyada koronavirusa yoluxanların sayı 1000-i keçdi






Son 24 saat ərzində Estoniyada koronavirusa yoluxanların sayı 58 nəfər artaraq 1018-ə çatıb.

Aia.az xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamentinin rəsmi internet səhifəsində açıqlama verilib:

"31 yanvar tarixindən etibarən Estoniyada 19 mindən çox koronavirus testi keçirilib. 113 pasiyent xəstəxanalara yerləşdirilib, onlardan 20-sinə süni tənəffüs cihazları qoşulub. Ümumilikdə, ölkə üzrə pandemiyadan 13 nəfər həyatını itirib, 59 nəfər sağalaraq evinə buraxılıb".

Estoniya hökuməti koronavirusun yayılması ilə əlaqədar olaraq, ölkədə martın 12-dən mayın 1-dək fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,119,733-a çatıb, 59,245 nəfər xəstəlik səbəbindən həyatını itirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024