Mobil versiya
ABŞ-da koronadan 4 ayda 81 min adam öləcək - Araşdırma
Tarix: 27-03-2020 | Saat: 14:49
Bölmə:Dünya | çapa göndər

ABŞ-da koronadan 4 ayda 81 min adam öləcək - Araşdırma





ABŞ-da yaxın dörd ay ərzində koronavirusdan 81 min nəfər dünyasını dəyişəcək.

Aia.Az axar.az-a istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-ın Vaşinqton Universitetinin araşdırmaçıları gəliblər. Araşdırmaya əsasən, aprelin ikinci həftəsindən etibarən epidemiyanın həcmi həddən artıq genişlənəcək. Bundan sonra ölkədə ölümlərin sayının sutkalıq 2300 nəfərə qədər çatacağı bildirilib.

İnstitutun direktoru Kristofer Murrey sosial izolyasiya tədbirlərinin zəifləyəcəyi təqdirdə situasiyanın təxmin ediləndən daha pis olacağını söyləyib.

Qeyd edək ki, bu virusa yoluxanların sayına görə ABŞ ötən gün dünya üzrə birinci yerə çıxıb. Hazırda ölkədə 82 min koronavirus xəstəsi var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024