Mobil versiya
DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb
Tarix: 28-02-2020 | Saat: 10:17
Bölmə:Manşet / Gündəm | çapa göndər

DSX:



Dövlət Sərhəd Xidməti (DSX) koronavirusla bağlı sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı məlumat yayıb.

Xidmətdən aia.az-a verilən məlumatda bildirilir ki, son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış mən­tə­qələrində şəxslə­rin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə yanlış məlu­mat­lar yayılmaq­dadır.

Bununla əlaqədar olaraq bildiririk ki, bu məlumatlar həqiqətəuyğun deyildir və reallığı əks etdirmir.

Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhə­din­dən bura­xılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fər­di və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edil­mə­yib, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliy­yat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlu­mat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhə­din­dən buraxılış məntəqələrində tib­bi profilaktik tədbirləri gücləndiril­ib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşı­rı­ğına əsasən aidiyyəti dövlət orqanları arasında “koronavirus” xəs­tə­li­yinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək sə­­viy­yədə təşkil olunub.

Dövlət sərhədindən buraxılış məntəqə­lə­rində sanitar-ka­rantin nəza­rətinin gücləndirilməsi, “koronavirus” xəstəli­yi­nə yoluxma­ları­na şübhələr yaranan şəxs­­­lərin aşkarlanması və tibbi təx­liyəsi istiqa­mətində kompleks profilaktik tədbirlər hə­yata keçirilir. Dövlət sərhədindən buraxılış mən­təqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkə­yə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müa­sir tibbi texniki vasitələrdən isti­fadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr ya­ra­nan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət ol­­duqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin “koronavirus” xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi təd­birlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xid­mət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024