Mobil versiya
Bakı polisi 35 cinayətin üstünü açdı
Tarix: 28-02-2020 | Saat: 09:56
Bölmə:Gündəm | çapa göndər

Bakı polisi 35 cinayətin üstünü açdı



Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də 35 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 3, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024