Mobil versiya
“Lifttəmir”də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlandı
Tarix: 27-02-2020 | Saat: 10:27
Bölmə:Gündəm | çapa göndər

“Lifttəmir”də baş verən yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlandı


"Lifttəmir” İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.

Oxu.Azxəbər verir ki, İB-də aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Taryel Qasımovun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

T.Qasımovun barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də "Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov, "Lifttəmir”in vəzifəli şəxsi Əhməd Hüseynovun barəsində cinayət işi məhkəməyə göndərilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024