Mobil versiya
Daha iki ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Tarix: 27-02-2020 | Saat: 09:00
Bölmə:Səhiyyə | çapa göndər

Daha iki ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb


Rumıniyada yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin dövlət katibi Horatsiu Moldovan deyib.

Onun sözlərinə görə, yoluxma halı Qorj qəzasında yaşayan şəxsdə aşkarlanıb. Bildirilir ki, bu şəxsə virus 18-22 fevral tarixində ölkədə səfərdə olan İtaliya vətəndaşından keçib.

Bundan əlavə, Norveçdə də yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bildirilir ki, yoluxan şəxs Tromsö şəhərinin sakinidir.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024