Mobil versiya
“Gecə 12-də görüşdük, qızın atası razılıq verdi” - Bulvardakı intiharla bağlı yeni faktlar
Tarix: 26-02-2020 | Saat: 17:23
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

“Gecə 12-də görüşdük, qızın atası razılıq verdi” -



Fevralın 25-də gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.
Məlumata görə, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Balahüseyn Zöhrab oğlu bir-birilərini seviblər. Lakin qızın ailəsi onun Balahüseynlə ailə qurmasına qarşı çıxıb. Tələbə qızın bu səbəbdən özünü öldürdüyü deyilir. Hadisə vaxtı Balahüseyn sevdiyi qızın ardınca özünü dənizə atsa da, onu xilas etmək mümkün olub.

Azvision.az hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Balahüseynin atası Zöhrab Məmmədovla əlaqə saxlayıb.

Onunla söhbəti olduğu kimi təqdim edirik:

- Zöhrab bəy, oğlunuzun vəziyəti necədir?

- Vəziyyəti çox pisdir. Dünən axşam xəstəxanadan evə buraxıblar. Hazırda kənddəyik. Təzyiqi düşüb, heç kimlə danışmır, yerindən tərpənmir. Ancaq özünü öldürəcəyini deyir. Biz də yanından ayrılmırıq. Gözümüz üstündədir. Qorxuruq ki, intihar edər.

- Oğlunuzla Nəzakətin bir-birilərini sevdiyini deyirlər. Bundan xəbəriniz var idimi?

-Əlbəttə, xəbərimiz var idi. Uşaqlar bir-birilərini məktəb vaxtından istəyiblər. Qızın ailəsini də tanıyırdıq, eyni kənddənik. 3 il bundan qabaq Nəzakətin ailəsinə qadınların vasitəsi ilə xəbər göndərdik. Ailəsi razı olmadı, dedilər ki, qız hələ oxuyur. Bu yaxınlarda uşaqlar dedilər, elçi göndər. Yenə də xəbər göndərdik və razılıq verilmədi. Qızın atası ilə axrıncı dəfə hadisə baş verən gün, gecə saat 12-də hər ikimizə yaxın olan bir ağsaqqalın evində söhbət etdik. Demək olar ki, razılaşmışdıq, amma uşaqlara deyə bilmədik. Telefonları sönmüşdü.

-Balahüseynin Nəzakəti qaçırması ilə bağlı atasının dedikləri doğrudurmu?

-Mən kənddə oluram. Bu barədə məlumatım yoxdur. Qaçırsaydı, Bakıda yaşayan övladlarımın evinə aparardı. Müğdət qızından soruşub ki, qaçırılmısan? Deyib, yox, evdəyəm. Mən oğlumdan soruşdum, dedilər ki, heç nə yoxdur. Yanında olmuram ki, biləm. Oğlum böyük qardaşının yanında qalır. O, "Sədərək" ticarət mərkəzində işləyir. Axşamlar bərbərlik kursuna gedirdi. Hadisə günü axşam 8-ə kimi kursda olub. Sonra da zəng etdi ki, ata, qızla əlaqə saxladım, vəziyyət yaxşı deyil, o, harasa gedir. Mən də həmin gecə Müğdətlə görüşdüm. Razılaşdıq, onun oğlanları da razılıq verdilər. Heyif ki, belə alındı.

- Bəs oğlunuz demədi ki, qız hara gedir, niyə gedir, ümumiyyətlə, nə baş verir?

-Nəzakət yerini desəydi, oğlum gedib onu tapardı. Qız Balahüseynə deyib ki, özümü öldürməyə gedirəm. Mən də onun valideynlərinə demişdim ki, belə bir şey var. Nəzakət oğlumdan 20 dəqiqə qabaq özünü suya atıb.

- Sizcə, Nəzakət özünü niyə öldürüb? Atası razılıq vermir deyə?

-Bəli, atası vermədiyinə görə.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024