Mobil versiya
Bakı və Abşeronda toz dumanı müşahidə edilir - Normadan 2,6 dəfə çox
Tarix: 26-02-2020 | Saat: 17:19
Bölmə:Ölkə | çapa göndər

Bakı və Abşeronda toz dumanı müşahidə edilir -



Hazırda Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

O deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2,6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024