Mobil versiya
Masallıda 3 nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir
Tarix: 26-02-2020 | Saat: 17:13
Bölmə:Cəmiyyət | çapa göndər

Masallıda 3 nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir

Masallı rayonunun Təzəkənd kəndində baş verən güllələnmə nəticəsində xəsarət alan 2 nəfər Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisəni törədən şəxsin vəziyyəti olduqca ağırdır: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burunu amputasiya olunub. Hazırda xəstəyə ilkin tibbi yardım göstərilir. Müəyyən tibbi yardım göstəriləndən sonra o Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nayihəsindən qəlpəli yaraları var".

Xatırladaq ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A. Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Faktla bağlı cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024