Mobil versiya
Xətai – quruculuq işləri davam edir, rayon rəhbəliyinin vətəndaşlarla görüşləri mütəmadi olaraq keçirilir
Tarix: 25-02-2020 | Saat: 14:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xətai – quruculuq işləri davam edir, rayon rəhbəliyinin vətəndaşlarla görüşləri mütəmadi olaraq keçirilir



Bu gün bəzi mətbu orqanlarının səhifələrində paytaxtın Xətai rayonu barədə dərc olunmuş yazıları oxumaqla belə qənaətə gəlmək olar ki, sanki bu rayonun icra hakimiyyəti tam fəaliyyətsiz bir haldadır. Lakin əslində bu təsvirlər rayonda mövcud olan durumu qətiyyən əks etdirmir. Daha doğrusu, bu qərəzli materiallarda mövcud real vəziyyət tamamilə təhrif olunmuş şəkildə təqdim edilir. Reallıq isə bundan ibarətdir ki, Xətai rayonunda aparılan abadlıq və yenidənqurma işlərinin ötən ilin sonlarında start götürmüş yeni mərhələsi hazırda yüksələn dinamika ilə davam etməkdədir.

Son günlər bəzi saytlarda Xətai RİH-nin başçısı Rafiq Quluyevə qarşı açıq-aşkar böhtan kampaniyaları düzənlənməkdədir. Bu xüsusda dərc olunan materiallarda tamamilə əsassız olaraq RİH başçısının 9 fevral Parlament seçkilərindən sonra guya ki, gərginlik keçirdiyi və bu səbəbdən də öz vəzifə funksiyalarını icra etmədiyibildirilir. Halbuki, rayonda müşahidə olunan proseslər bunun tam əksini göstərir. Hətta parlament seçkilərindən sonra istər görülən abadlıq-quruculuq işlərinin dinamikası, istərsə də vətəndaşlarla keçirilən görüşlərin intensivliyi və səmərəlilik göstəriciləri bir qədər də artmışdır.
Belə ki, məxsusi olaraq fevral ayının 9-dan sonra Xətai rayonu ərazisində apardığımız müşahidələr nəticəsində bunların şahidi olduq. Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun G.Mehmandarov küçəsi 80,82,84 ünvanlarında abadlıq işləri davam edir.Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülür, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılır.



Prezident Administrasiyası rəhbəri Samir Nuriyevin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı sərəncama uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda müxtəlif naxış formalarını özündə əks etdirən 120 mindən çox gül və bəzək kolunun əkilməsinə başlanılıb. Həmçinin Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, rəngarəng güllər və dekorativ kollar əkilir. Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişi rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir.



Cənab Rafiq Quluyevin vətəndaşlarla görüşlərinə gəlincə isə deyə bilərik ki, seçkilərdən sonra icra başçısı artıq beş belə qəbul-görüş keçirmişdir. Belə ki, fevralın 14-də Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyevin 17 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak ediblər. Həmin görüşdə Rafiq Quluyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Xətai rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bir daha sakinlərin nəzərinə çatdırıb.



Çıxış edən rayon sakinləri onları narahat edən suallarla bağlı Xətai Rayon İcra Hakimiyyətinin başçısına müraciətlər edbilər. Rafiq Quluyev sakinlərin çoxsaylı müraciətlərini, təklif və iradlarını dinlədikdən sonra bu müraciətlərin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin onlara baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirib. Eyni zamanda sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlar verilib.



Daha sonra 17 fevral 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Həmin qəbulda ümumilikdə 40 vətəndaş iştirak etmişdir. Sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər olunmuşdur. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur.

Həmçinin fevralın 21-də Rafiq Quluyevin 260 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak ediblər. Sakinlərin çoxsaylı müraciətlərini, təklif və iradlarını dinlədikdən sonra bu müraciətlərin rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin onlara baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirdi. Eyni zamanda sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlar verilib.
Vətəndaşların daha bir qəbulu 24 fevral 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbulda ümumilikdə 35 vətəndaş iştirak etmişdir. Sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər olunmuşdur. Rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.



Bu gün isə tariximizə qanlı hərflərlə yazılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində Xocalıdan olan rayon sakinləri ilə görüş keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı parkına gələrək “Ana harayı” abidəsi önünə gül dəstələri düzdülər.
Faciədə həlak olan insanların ailə üzvləri ilə keçirilən görüşdə rayon icra hakimiyyəti başçısı Rafiq Quluyev bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addım idi. Digər çıxışçılar isə diqqətə çatdırdılar ki, dövlət tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir. Soyqırımla bağlı rayon icra hakimiyyəti tərəfindən xüsusi bukletlər hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb. Çıxış edən Xocalı hadisələrinin şahidləri və məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Bütün bu qeyd olunanlar cənab Rafiq Qluyevin rəhbərliyi altında Xətai Rayon İcra Hakimiyyətinin səmərəli fəaliyyətinin göstəriciləridir. Birmənalı olaraq demək lazımdır ki, Xətai RİH-nin və şəxsən cənab Rafiq Quluyevin fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri məhz vətəndaş məmnunluğudur.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024