Mobil versiya
Hicran Hüseynova: Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur?
Tarix: 24-02-2020 | Saat: 10:32
Bölmə:Gündəm | çapa göndər

Hicran Hüseynova:


Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal icra edilir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib: “Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da öz sözünü deyə bilsin. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsunlar”.

H.Hüseynova vurğulayıb: “Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı "Qadınlar, Sülh və Təhlükəsizlik" qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? Mütləq işğalçı və işğala məruz qalana fərq qoyulmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024