Mobil versiya
MTRŞ Manaf Ağayevin qadınlar haqda zorakılığa çağırışına münasibət bildirdi
Tarix: 21-02-2020 | Saat: 14:37
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər

MTRŞ Manaf Ağayevin qadınlar haqda zorakılığa çağırışına münasibət bildirdi


Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, - deyə T. Dadaşov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024