Mobil versiya
İtaliya şirkətləri öz iqtisadiyyatını genişləndirən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar - Asim Mollazadə
Tarix: 21-02-2020 | Saat: 13:06
Bölmə:Siyasət | çapa göndər

İtaliya şirkətləri öz iqtisadiyyatını genişləndirən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar -


İtaliya Prezidenti Sercio Mattarellanın 2020-ci ili İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan etməsi çox əlamətdar hadisədir.

Bunu Trend-ə millət vəkili Asim Mollazadə deyib.

Onun fikrincə, məhz bu amil İtaliya və Azərbaycan arasındakı münasibətləri çox gözəl xarakterizə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin mühüm əhəmiyyətə malik olduğunu deyən A.Mollazadə qeyd edib ki, İtaliya ilə çoxşaxəli əməkdaşlıq üzrə sazişin imzalanması ölkələr arasındakı münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək.

Deputat bildirib ki, hazırda İtaliya Azərbaycanın ən əsas ticarət tərəfdaşlarından biridir.

A.Mollazadə əlavə edib ki, bu gün İtaliya şirkətləri öz iqtisadiyyatını genişləndirən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar və onlar bu prosesdə fəal iştirak edirlər: “İtaliya ilə münasibətlərimiz iqtisadi əməkdaşlıq istiqaməti üzrə getdikcə genişlənir. Bu gün Azərbaycan-İtaliya əməkdaşlığı artıq çoxşaxəli xarakter daşıyır. Ölkələr arasında iqtisadi, təhsil, mədəni sahələr üzrə də gözəl əməkdaşlıq qurulub”.

Deputatın qənaətinə görə, Azərbaycan-İtaliya əməkdaşlığı eyni zamanda Azərbaycan-Avropa Birliyi tərəfdaşlığının inkişafı istiqamətində də inkişaf edəcək. Bu əməkdaşlıq sayəsində NATO ilə əməkdaşlıq daha da güclənəcək.

Millət vəkili hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri Azərbaycan-Vatikan əməkdaşlığının güclənməsinə müsbət təsir göstərəcək:

“Çünki Azərbaycan xalqının multikulturalizm ənənələri, onun bu istiqamətdə olan təcrübəsi, ölkələrarası sivilizasiyaların öyrənilməsi bu gün çox çətin problemlərlə üzləşən Avropa üçün çox mühümdür. Ümid edirəm ki, Prezidentin İtaliyaya səfərindən sonra bizim bu istiqamət üzrə əməkdaşlığımız daha da artacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024