Mobil versiya
Sabiq mer Temur Abazov: ”Vəzifədə olarkən, bir lari də olsun rüşvət almamışam” - MÜSAHİBƏ
Tarix: 21-02-2020 | Saat: 11:24
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sabiq mer Temur Abazov:


Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış ittihamı ilə ötən il istintaqa cəlb olunmuş Marneuli rayonunun sabiq meri Temur Abazov Rustavi Şəhər Məhkəməsində bir neçə həftə davam edən məhkəmə çəkişməsinin sonunda tam bəraət alıb.

Bu və digər məsələlərlə bağlı Temur Abazovun fikirlərini öyrənməyə çalışdıq.

İlk sualımız da ona qaşı ötən ilin iyununda irəli sürülən ittihamı necə qiymətləndirməsi ilə bağlı oldu?

- Elçin Allahverdiyevi işə qəbul etmədiyim üçün mənə qarşı qərəzli idi. “Vahid Milli Hərəkat” Partiyasının üzvü Elçin Allahverdiyevin guya Bidzina İvanişvilini və məni təhqir etdiyi üçün qanunsuz cəzalandırdığım haqqında yayılan video görüntü qurama idi. Məlumunuz olduğu kimi həmin video görüntüdə guya naməlum şəxslər onu kamera qarşısında sidiyi ilə üzünü yumağa və öz arvadını təhqir etməyə məcbur edirlər. Daha sonra isə guya bu qanunazidd hərəkətlərin mənim göstərişimlə edilməsi haqqında iddialar ortaya atıldı. “Haqq nazilər,amma üzülməz”-deyiblər. Xüsusilə nəzərə alandaki Gürcüstan demokratik ölkədir və qanunun aliliyi təmin olunub, günahı olmayan şəxsin ən geci məhkəmədə bəraət alacağı şübhəsizdir. Mən də nə qədər ağır ittihama mərz qalsam da, qanunun aliliyinin təmin olunması nəticəsində məhkəmədə tam bəraət aldım.

- Sizin həbsiniz vəzifənizdən kənarlaşdırılmanız niyyəti ilə bağlı idi, yoxsa başqa səbəblər də vardı?

- Mən bildiyim qədər bütün bunlar Elçin Abdullayevin mənə qarşı qərəzli olması, düşmən münasibət bəsləməsi ilə bağlı idi. Ancaq istisna etmirəm ki, onun mənə qarşı düşmənçiliyindən sui-istifadə edənlər də olub. Qeyd edim ki, mən 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilmişdim. Bu vəzifədə çalışdığım müddətdə kimsədən bir lari də olsun rüşvət almamışam. Gürcüstanda vəzifəli şəxsin korrupsiya və rüşvətxorluqla məşğul olması faktiki olaraq mümkün deyil. Mən də belə işlərdən uzaq olmuşam. Ancaq istisna etmirəm ki, Marneulinin icra başçısı olduğum müddətdə kiminsə qanunsuz istəyinin həyata keçməsinə də mane olmuşam və belə şəxslərin olması mümkündür. Əgər belələri olubsa, onların da Elçin Abdullayevdən sui-istifadə etmələri istisna oluna bilməz. Ancaq mənə belə fakt məlum olmadığı üçün dəqiq adlar da çəkə bilmərəm.

- İttiham olunduğunuz və mühakimə olunduğunuz dövr ərzində Gürcüstandakı soydaşlarımızın dəstəyini yetərli hesab etdinizmi?

- Səmimi deyim ki, yox. Çünki mən seçkilərdə qalib gələrək vəzifəyə gəlmiş bir şəxs idim və böhtana məruz qaldığım ilk gündən də hər kəsə məlum idi. Bununla belə umduğum adamlardan tam dəstək görmədim. Əlbəttə, sona kimi mənə inanan və dəstəkləyənlər də az deyildi. Ancaq gözlədiyim qədər də dəstək görmədim. Görünür bir çoxları yayılan məlumatların təsiri altına düşmüşdülər və mənim bəraət ala biləcəyimi güman etmirdilər. İnsanlarda belə hallar olur. Ancaq mən heç kimdən incimirəm. Mənə inanan və dəstəkləyən insnalara da öz dərin təşəkkürümü bir daha bəyan edirəm.

- Tam bəraət aldıqdan sonra əsassız olaraq kənarlaşdırıldığınız vəzifəyə qayıtmaq üçün hüquqi addımlar atacaqsınzmı?

- Qeyd edim ki, burada bir yanlışlıq var. Məni vəzifədən kənarlaşdırmayıblar .Öz istəyimlə tutduğum vəzifədən istefa vermişəm. Çünki Elçin Abdullayevin çirkin böhtanı ilə bağlı hüquqi prosedurlar çox vaxt və enerji tələb edirdi. Mən isə çox həsas bir bölgəyə rəhbərlik edirdim. Belə bir vəziyyətdə vəzifəmi tam gücümlə icra edə bilmyəcəyimi görüb, məhkəmə çəkişməsinə yaxşı hazırlaşmaq üçün tutduğum vəzifədən istefa verdim. Hələlik isə gələcəklə bağlı dəqiq bir qərar verməmişəm.

- Temur Abazov siyasi səhnədə yer almaq istəyirmi və Gürcüstanın siyasi səhnəsində yerini harada görürür?

Məhkəmə bitdikdən və tam bəraət almamdan qısa vaxt keçir. Bir qədər dincəlmək, düşünmək və gələcək işlərimi planlaşdırmaq istəyirəm. Hələlik siyasətdə yer almaqla bağlı qərar verməmişəm. Ancaq həyatda heç nə istisna edilmir. İstisna deyil ki,hansısa prosesdə yer ala bilərəm. Ancaq bu gün dəqiq bir fikirim yoxdur.

- Azərbaycan mediasının Sizin ətrafınızada baş verən hadisələrə müansibətini qəanətbxş sayırsınızmı?

- Azərbaycan mediasının yalnız mənimlə bağlı məsələyə deyil, ümumiyyətlə, Gürcüstanda baş verən hadisələrə və soydaşlarımızn vəziyyəti ilə bağlı informasiya siyasəti ümumilikdə qənaətbəxş sayıla bilməz. Doğrudur, bəzi media orqanlarının fəaliyyətinin də üzərinə kölgə salmaq olmaz. Ancaq belələri çox azdır. Məmin şəxsimə gəldikdə isə vəzifədə olarkən tez-tez yanıma gələn jurnalistləri dar ayaqda görmədim. Məni ən çox üzən məqamlardan biri də bu idi. Ancaq məni şəxsən tanımayan,bununla belə məni dəstəkləyən media orqanlarının,jurnalistlərin olduğunu da bilirəm və fürsətdən istifadə edib hər birinizə təşəkkür edirəm.

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024