Mobil versiya
DMX yanında Məşvərət Şurasının iclası keçirilib
Tarix: 20-02-2020 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

DMX yanında Məşvərət Şurasının iclası keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) yanında Məşvərət Şurasının növbəti iclası təşkil edilib.

DMX-dan aia.az -a verilən məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən sahibkar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Respublikada sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirib ki, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qanuni əsaslarla olması, yaşaması, işləməsi üçün şəffaf, daha operativ və rahat şəkildə sənədləşmə proseslərini həyata keçirməyə imkan yaradır. Qeyd edib ki, dəyişikliklər müraciətlərin daha qısa müddətdə cavablandırılmasını, ölkədə olma və yaşama icazələri almaq üçün əsasların dairəsinin genişləndirilməsini, sahibkarlıq subyektlərinə bir sıra güzəştləri və miqrasiya prosesləri üzərində nəzarətin effektivliyinin təmin olunmasını özündə ehtiva edir.

Xidmət rəisi qanunvericiliyə dəyişikliklərdə vətəndaş maraqlarının, biznes nümayəndələrinin mənafeyinin önə çəkildiyini, bunun üçün Dövlət Miqrasiya Xidmətində iş adamları ilə mütəmadi görüşlərin, müzakirələrin keçirildiyini, sahibkarların təkliflərinin nəzərə alındığını bildirib. Vüsal Hüseynov bundan sonra da sahibkarlıq subyektlərinin və vətəndaşların məmnunluğunun təmin edilməsinin prioritet olacağını, miqrasiya sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini söyləyib.

Xidmət rəisi, həmçinin DMX-nin yenicə istifadəyə verilmiş www.migrationto.az saytı və onun imkanları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, sayt ölkəmizə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlandırılmaları, eləcə də Azərbaycanın turizm baxımından cəlbedici bir məkana çevrilməsi və ölkəmizə investisiya axınının təşviq edilməsi məqsədi daşıyır.

Görüş çərçivəsində DMX tərəfindən təşkil olunmuş onlayn sorğunun nəticələri və 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsini nəzərə alaraq, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndələrinin özəl sektorun təşkil etdiyi müvafiq kampaniyalara cəlb edilməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparılıb.

Həmçinin Dövlət Miqrasiya Xidmət yanında İctimai Şuranın nümayəndələri bir sıra məsələlərə dair öz fikirlərini bölüşüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024