Mobil versiya
Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib
Tarix: 20-02-2020 | Saat: 12:54
Bölmə:Gündəm | çapa göndər

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib


Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçiriləcək, sənədli və bədii filmlər nümayiş ediləcək. Bundan başqa Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə