Mobil versiya
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək
Tarix: 17-02-2020 | Saat: 15:52
Bölmə:Gündəm | çapa göndər

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfərə gedəcək.

İdarənin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, səfər çərçivəsində QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək.

Üzvü olduğu doqquz nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq.

2019-cu ildə Dünya dini liderlərinin II Bakı Sammitində yaxından iştirak edən KAICIID-in baş katibi Feysal bin Muammara, habelə Direktorlar Şurasının üzvü Məhəmməd Sammaka fəal iştiraklarına görə xüsusi minnətdarlığını ifadə edəcək QMİ sədrinin yaxın dövr ərzində BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını və mərkəzin xətti ilə cari il ərzində Azərbaycanda keçiriləcək müxtəlif yerli və beynəlxalq tədbirlərdə dinlər və sivilizasiyalar arasında əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını Şura üzvlərinin diqqətinə çatdıracağı nəzərdə tutulur.

Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edən QMİ sədri A.Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq.

Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədrinin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024