Mobil versiya
Daha bir seçki dairəsinin nəticələri tanınmadı
Tarix: 14-02-2020 | Saat: 15:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Daha bir seçki dairəsinin nəticələri tanınmadı


09 Fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsində deputatlığa qeydə alınmış namizədlər bəyanat yayıblar.



Pravda.az-ın xəbərinə görə, bəyanatda deyilir:



Biz, aşağıda imza edən deputatlığı qeydə alınmış namizədlər hesab edirik ki, 09 Fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bizim Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində insan haqqları haqqında bəyənnamənin 21-ci maddəsinin birinci bəndində və Avropa İnsan Hüquqları və əsas azadlıqları haqqında konvensiyanın 1 saylı protokolunu 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulmuşdur. Həmçinin seçki prosesi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddənin 1-ci bəndi də pozulmuşdur.

Bununla da biz 09 Fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı tərəfimizdən səlahiyyətli nümayəndə vəkil edilmiş şəxs və müşahidəçilərimiz seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığı yüzlərlə akt və videogürüntülər- bura “karusel”, bülletenlərin topa sayda atılması, müşahidəçilərə lazımi şəraitin yaradılmaması, seçki prosesi zamanı onlara təzyiq olunması, bülleten çatışmamazlığı, əvvəldən qeyd olunmuş hazır bülletenlər kimi onlarla fakt seçki məcəlləsində ciddi pozuntularının olmasını sübut edir. Bu faktları nəzərə alaraq keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir, 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirik.



İmza:



1. Alıyeva Könül Mübariz qızı

2. Bədəlov Kamil Şirxan oğlu

3. Cəfərov Elman Telman oğlu

4. İsgəndərov Əli Məmmədo oğlu

5. Emin Nəbiyev Tofiq oğlu

6. Rəhimli Murad İlqar oğlu

7. Xəlilov Vüqar Qərib oğlu

8. İsmayıl Vasif Rəfail oğlu

9. Səlimxanlı Dəyanət Fətulla oğlu

10. Süleymanlı Sərvər Süleyman oğlu

11. Mehdiyev Bəhruz Akif oğlu

12. Abbaszadə Elnur Hidayət oğlu



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024