Mobil versiya
Aqiyə Naxçıvanlı ucqar kəndlərdə seçicilərlə görüşdü - FOTOLAR
Tarix: 29-01-2020 | Saat: 18:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqiyə Naxçıvanlı ucqar kəndlərdə seçicilərlə görüşdü


Yanvarın 29-u günün ikinci yarısında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun ən ucqar kəndləri olan Çaldaş, Çayqovuşan və Qarabulaqda seçicilərlə görüşdü.

Kənd sakinləri onu mehribanlıqla qarşıladılar. Onlar Azərbaycan dövlətinin başçısı İlham Əliyevin hər bir vətəndaşın prezidenti olmağından qürurlandıqlarını bildirdilər. Səmimi keçən görüşdə seçicilər Aqiyə xanıma əvvəlki deputatlığı dövründə bu kəndlərin problemlərinin həllində yaxından göstərdiyi köməkliklərə görə minnətdarlıq etdilər. Çıxış edən seçicilərdən Çaldaş və Çayqovuşan kənd sakinləri Solmaz Adilova, Fikrət Hüseynov, Arzu Şahhüseynov və başqaları ölkədə gedən inkişafdan razılıqlarını bidirdilər. Eyni zamanda 2015-ci ildə baş vermiş zəlzələdən ziyan görən bəzi evlərin bərpası məsələsinin diqqətdən kənarda qaldığını vurğuladılar və bununla bağlı köməklik olunmasını xahiş etdilər. Qarabulaq kənd sakinləri Sədrəddin Qarayev, Aidə Məmmədyarova, Mətanət Kərimova və digərləri kəndarası yolun asfaltlanması, kəndə içməli suyun çəkilməsi ilə bağlı məsələ qaldırdılar və həlli istiqamətində onların səsini aidiyyəti qurumlara Aqiyə xanımın çatdıracağına əmin olduqlarını qeyd etdilər. Seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə fəal olaraq layiqli namizədə səs verəcəklərini bildirdilər.

aia.az


















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024