Mobil versiya
Kobinin ölümü məni dərin kədərləndirdi - Li Litzenberger
Tarix: 29-01-2020 | Saat: 12:19
Bölmə:Cəmiyyət | çapa göndər

Kobinin ölümü məni dərin kədərləndirdi -


Kobinin ölümü məni dərin kədərləndirdi. Kobi inanılmaz istedada malik idi, basketbol dünyası öz əfsanəsini itirdi.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger NBA (Amerikanın Milli Basketbol Assosasiyası) və ABF (Azərbaycan Basketbol Federasiyası) arasında imzalanmış saziş əsasında Jr.NBA Azərbaycan Liqasının yaradılmasına həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, bu gün burada Jr.NBA Azərbaycan Liqasının yaradılması basketbolun hələ də dünyada populyalıq qazanmasının bir göstəricisidir. O, basketbolun 2 milyard azarkeşi ilə dünyada ikinci ən məşhur idman növü olduğunu və dünyada milyonlarla insanın basketbol oynadığını vurğulayıb.

Litzenberger gələcəkdə NBA liqasında Azərbaycan idmançılarının da adına rast gəlinəcəyinə ümid etdiyini qeyd edib: “Biz çox şadıq ki, Azərbaycanda bu liqa yaradılır. Azərbaycanda baskebolun inkişafına dəstək göstərdiyimiz üçün çox şadıq”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə