Mobil versiya
İsmayıllıdakı qəzada ölənlərin sayı 3-ə çatıb
Tarix: 26-01-2020 | Saat: 12:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İsmayıllıdakı qəzada ölənlərin sayı 3-ə çatıb


Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) İsmayıllıda baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Birlikdən Azvision.az -a bildirilib ki, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib:

"Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu “VAZ” markalı minik avtomobili ilə toqquşub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024