Mobil versiya
Xətaidə icazəsiz tikinti ilə bağlı rəsmi açıqlama: “Ərazi şəxsi mülkdür”
Tarix: 24-01-2020 | Saat: 12:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xətaidə icazəsiz tikinti ilə bağlı rəsmi açıqlama:


Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında, “Şəms” şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı məlumat vermişdik.

Sakinlər bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə şikayət etsələr də, onlara cavab verilməyib.

Oxu.Az Xətai Rayon İcra Hakimiyyəti ilə məsələ ilə bağlı əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən ərazidə tikinti ilə bağlı hazırlıq görülsə də, qarşısı alınıb. Hazırda həmin ərazidə tikinti işləri aparılmır:

“Bizdə olan məlumata görə, həmin ərazi özəl mülkdür”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, mövzu ilə bağlı ilk məlumatı Axar.az saytı yayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024