Mobil versiya
Orxan Məmmədov: Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır
Tarix: 23-01-2020 | Saat: 11:10
Bölmə:Gündəm | çapa göndər

Orxan Məmmədov:


Bu gün sahibkarların sanitar prosedurlarının normativləri barədə məlumatlandırılması ərzaq sektorunun inkişaf çərçivəsində ən vacib məsələdir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forumu zamanı deyib.

O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir.

Sədrin sözlərinə əsasən, bu gün 10 mindən çox kiçik və orta sahibkar qida sektorunda qeydiyyatdan keçib və müvafiq olaraq bu sektorun çox böyük potensialı mövcuddur.

O.Məmmədov 2019-cu ildə 8 mindən çox sahibkarın treninq keçdiyini və onların biznesinin inkişafı məqsədilə fəal tədbirlər görüldüyünü vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024