Mobil versiya
Dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın artan rolu yüksək dəyərləndirilir - Sona Əliyeva
Tarix: 23-01-2020 | Saat: 11:07
Bölmə:Siyasət | çapa göndər

Dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın artan rolu yüksək dəyərləndirilir -


Hər il keçirilən Davos İqtisadi Forumunda əsasən iqtisadiyyatın inkişaf perspektivləri, dünyada sabitlik və ekoloji tarazlığın bərpa olunması ilə bağlı məsələlər müzakirə olunur. Bu Forum Azərbaycan iqtisadiyyatının geniş auditoriyada tanınmasında müsbət rol oynayır. Hər il Davos görüşləri çərçivəsində 300-dən çox plenar iclas, dəyirmi masalar, dövlət məmurlarının iştirakı ilə kiçik görüşlər keçirilir. Bu görüşlərdə hər hansı bir rəsmi sənəd qəbul edilmir. Forum sadəcə olaraq dünya iqtisadiyyatının bir çox vacib məsələlərini qeyri-formal şəraitdə müzakirə etməyə, yeni iqtisadi əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib. Onun sözlərinə görə, son on yeddi ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır: "Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilən Forumda iştirak etmişdi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu inam ifadə olunmuşdur ki, BTC və BTƏ neft-qaz kəmərlərinin stimul verdiyi digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq. Forumlarda "Energetika sənayesində günəş enerjisinin rolu", "Neft-qaz geosiyasəti: yeni sərhədlər" və s kimi mövzularda müzakirələr digər dövlətlərlə yanaşı, Azərbaycanın da malik olduğu imkanların təqdimatına öz töhfəsini verib. Bütün bunlar göstərir ki, müasir çoxqütblü dünyamızda daha da kəskinləşmiş geosiyasi və geoiqtisadi problemlərin həlli, dördüncü sənaye inqilabı ilə bağlı problemlər, yaranmış fürsət və çağırışlar müxtəlif səpkili iş birliklərinə və müzakirələrə ehtiyac doğurur. Bu istiqamətdə real və səmərəli addımların atılmaması isə əksinə, geoiqtisadi və hətta geosiyasi böhranların daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu təhlükə yeni planetar sərhədlər şəraitində yaşayan dünyamız üçün çox real görünməkdə, bəzi məqamlarda isə hətta artıq hiss edilməkdədir. Məhz bu amil insanlar, dövlətlər, hökumətlər və şirkətlər arasında münasibətlərin yenilənməsi, yeni qlobal əməkdaşlıq mərhələsinin bərqərar olması zərurətini meydana gətirir".

S.Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara gətirib çıxarmış və ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır: "Məhz unikallığı və universallığı eyni dərəcədə vacib sayaraq cənab İlham Əliyev onların hər birinin prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrin yaranmasına qarşı siyasət aparmaqla, bütün sahələrdə Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmaqla, öz dövlət quruculuğu siyasətində ya mütləq universallıq və ya mütləq unikallıq əvəzinə, optimal universallıq və optimal unikallıq yolu ilə ölkəmizi dünyada stabitlik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan bir çox layihələr baş tutub və bu sahədə yeni-yeni addımlar atılmaqdadır".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024