Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 23-01-2020 | Saat: 10:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 70 saylı Masallı şəhər Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 70 saylı Masallı şəhər Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Masallı şəhərində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Yenə də maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 134 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 13 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 121 respondentdən 93 nəfəri isə sualımızı “mən iş adamı Məşhur Məmmədova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 69,4 faizi Milli Məclisə deputatlığa namizəd Məşhur Şahbaz oğlu Məmmədova etimad göstərəcəklərini bildirmişlər.

Qeyd edək ki, Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir. Milli Məclisə deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Masallı şəhər sakini, müəllimə: “Dünən Yeni Azərbaycan Partiyasının qərargahında deputatlığa namizəd Məşhur Məmmədov növbəti dəfə rayon camaatı ilə görüş keçirib. Mən də həmin görüşdə iştirak etdim. Açığını deyim, mənim özümün Məşhur müəllim barədə məlumatım çox azdır. Çünki əslən bu rayondan deyiləm, işimlə əlaqədar bir neçə il bundan əvvəl Masallıya köçmüşəm. Amma insanların bu görüşə marağı çox böyük idi. Sonradan öyrəndim ki, tanınmış iş adamıdır. Həm də əslən elə bu rayondandır. Görüşdə mənim şagirdlərimin valideynlərindən də iştirak edən lər çox idi. Məşhur müəllimi onlardan da soruşdum. Barəsində çox yaxşı fikirlər söylənilirdi. Hiss olunur ki, insanların məhz bu namizədə rəğbətləri, ondan gözləntiləri çoxdur. Elə mən də öz səsimi Məşhur Məmmədova verəcəyəm ...”

Masallı sakini, kiçik sahibkar: “Sözsüz ki, Məşhur Məmmədova səs verəcəyəm. Həm tanınmış iş adamıdır, həm də bu rayonun insanıdır. Problemlərimizə, insanların dərd-sərinə necə deyərlər, daxildən bələddir. Məşhur müəllimi yaxından tanıyan insanlar təsdiq edirlər ki, çox xeyirxah, dadaçatan insandır. Digər tərəfdən də rayonumuzda kiçik və orta sahibkarlığın inkişafına böyük tövhələr verə bilər.Əlbəttə ki, bu, çox vacib bir məqamdır. Rayonda sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı deməkdir. Yeni iş yerlərinin açılması, insanların rifahının daha da yüksəlməsi deməkdir. Elə bilirəm ki, Məşhur müəllimin bizim rayondan deputat seçilməsi bizlər üçün çox yaxşı bir fürsət olacaq...”
Masallı sakini, təqaüdçü: “Namizədlərdən Məşhur Məmmədov bizim rayonda anadan olub. Deyilənə görə zəngin adamdır. Lap yaxşı, zəngin insanlarımızın çox olması o deməkdir ki, kasıbların sayı az olacaq. Kiməsə əl tutmaq, kiminsə problemini həll edə bilmək üçün də çox zaman maddı vəsait tələb olunur. Bunu inkar etmək gülüncdür. Şəxsən mən məhz zəngin insanların deputat seçilməsinin tərəfdarıyam. Çünki sabah harasa yol, harasa su çəkdirmək lazım olanda da təşəbbüs göstərə biləcək. Əlbəttə, dövlətimiz bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirir. Amma mən daha çox yarlı xarakterli məsələləri nəzərdə tuturam. Bir məqamı da deyim ki, mən Məşhur müəllimi az-çox tanıyıram. Bilirəm ki, xalqın, millətin xeyir-şərinə yarayan, imkansıza əl tutan biridir. Xüsusən də bir ailənin və ya deyək ki, bir məntəqənin sosial-məişət yönümlü bir problemini həll edəndə, bundan böyük zövq alır. Bütün bunları nəzərə alaraq, mən özüm də Məşhur müəllimə səs verəcəyəm, bütün məni tanıyan insanlara da bunu tövsiyyə edirəm...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz yeddinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024