Mobil versiya
#konulluqonaq təşəbbüsü Qubada - FOTOLAR
Tarix: 22-01-2020 | Saat: 16:26
Bölmə:Ölkə | çapa göndər

#konulluqonaq təşəbbüsü Qubada




Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Quba gəncləri də qoşulublar.

Xatırladaq ki, adıçəkilən təşəbbüs çərçivəsində gənclər qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

İş prosesi sonrası gənclər ailələr ilə çay süfrəsində səmimi söhbətlər edir və bu əsnada ailələr öz həyat hekayələrini Gənc Könüllülərlə paylaşırlar.

Quba gəncləri bu sosial könüllülük fəaliyyətinə töhfə verərək, ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də fəal olmağa, #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024