Mobil versiya
Azərbaycanın 20-dən çox səfiri Brüsseldə toplandı, iclas keçirildi
Tarix: 22-01-2020 | Saat: 16:19
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın 20-dən çox səfiri Brüsseldə toplandı, iclas keçirildi


Azərbaycanın Brüsseldəki səfirliyində Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərin işçi iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Azərbaycanı Avropa ölkələrində təmsil edən 20-dən çox səfir iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin xarici siyasət istiqamətləri və Avropa ölkələri ilə qarşılıqlı münasibətlərə dair tapşırıqları haqqında məlumat verib.

İclasda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların Avropa ölkələrində tanıdılması, fevralın 9-na təyin edilmiş parlament seçkiləri ilə bağlı Avropa institutlarının effektiv şəkildə məlumatlandırılması və digər mövzular barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, Avropanın seçkili orqanlarının rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü əks etdirən müddəaların əksini tapması istiqamətində bundan sonra da səmərəli iş aparılmalıdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024