Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 22-01-2020 | Saat: 12:53
Bölmə:Manşet / Siyasət / Seçilənlər-4 | çapa göndər

Ən layiqli namizədlərə səs verək



“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 75 saylı Lənkəran-Masallı Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 75 saylı Lənkəran-Masallı Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Liman şəhərində və Nərimanabad qəsəbəsində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 142 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən cəmi 4 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 138 respondentdən 129 nəfəri isə sualımızı “mən yenə də köhnə deputatımıza səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 90,85 faizi Milli Məclisə deputatlığa namizəd Cavanşir Hümmət oğlu Paşazadəyə etimad göstərəcəklərini bildirmişlər.

Cavanşir Paşazadə 1953-cü ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. Orta məktəbi həmin kənddə 1970-ci ildə bitirib. Keçmiş SSRİ zamanında Tacikistanda Politexnik İnstitutunu bitirib. Orta Asiyada iki il işləyib və yenidən Azərbaycana qayıdıb. Azərbaycanda Melorasiya Su Təsərrüfatı Nazirliyinin nəzdində çalışıb. Kefiyyət üzrə mühəndis, sahə rəisi olub. Daha sonra uzun müddət neft sənayesində fəaliyyət göstərib.



C.Paşazadə bir müddət Çay fabrikinin və ”Qızılağac" Dövlət Qoruğunun direktoru vəzifələrində də çalışıb. Özbək, tacik, rus, fars dillərini bilir.
2005 və 2010-cu illərdə 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 3 övladı var.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Liman şəhər sakini, evdar xanım: “Bircə gün gecikmisiniz. Dünən burda olsaydız, kimə səs verəcəyimiz barədə sual verməyə heç ehtiyac qalmayacaqdı. Dünən bizim namizəd, Cavanşir Paşazadə gəlmişdi bizimlə görüşə. Gərək burda olaydınız. İnsanlarımızın Cavanşir müəllimə necə münasibət bəslədiklərini də öz gözlərinizlə görərdiz. Onun gəlişi bizimçün həmişə sevincli hadisə olub. Tez-tez gəlir bizim kəndlərə. Həm doğma yurdudur, həm də bizim problemlərlə maraqlanır. Allah ondan razı olsun, indiyə qədər heç kimi naümid qaytarmayıb. Hər zaman yanımızdadır, hər zaman bizimlədir. Əlbəttə ki, biz də bu seçkilərdə də onunla olacağıq. Səsimizi də yalnız Cavanşir müəllimə verəcəyik...”

Liman sakini, balıqçı: “Mən siyasətdən tamam uzaq bir adamam. İnsanlara da onların insani keyfiyyətlərinə və əməllərinə görə qiymət verirəm. Cavanşir Paşazadə də deputat olduğu bütün vaxtlarda sözün əsil mənasında bu millətin arxasında durduğunu əməllərilə sübut edib. Kimin nə dərdi-səri, nə problemi olubsa, müraciət edib Hacıya. O da hər dəfə mütləq köməklik göstərib, problemi həll edib. Başqa cür ola da bilməz. Biz ona etimad göstəririksə, deməli Hacı buna layiqdir. Xalqın gözü tərəzidir. Artıq heç kim boş vədlərə, alovlu sözlərə inanmır. Sağ olsun dövlətimiz də, imkan, şərait yaradıb ki, insanlar həqiqətən öz inandıqları namizədləri seçsinlər. Hacı sözün əsil mənasında bu millətin təəssübkeşi, havadarıdır. Nə zaman, hansı kəndə gəlirsə, camaat işini-gücünü buraxıb görüşünə gedir. Baxırsan ki, 150-200 nəfər insan yığılıb başına, amma hansısa problemi üçün gələnlərin sayı heç 70 nəfər də deyil. Niyə belə olur? Ona görə ki, Hacı özünü insanlara sevdirib, onların hörmətini, etibarını qazanıb. Buna görə də camaat, deməyə bir sözü olmasa da, sadəcə öz deputatını görməyə axışıb gəlir. O ki, qaldı verdiyiniz suala, elə bilirəm onun da cavabı artıq məlumunuzdur. Əlbəttə ki, Cavanşir Paşazadəyə səs verəcəyik...”



Nərimanabad qəsəbə sakini, müəllim: “Əgər bu sualı şəxsən mənim dərs dediyim məktəbdə kimə versəniz, birmənalı olaraq cavab Cavanşir Paşazadə olacaq. Bilirsiniz nə qədər bizə köməyi dəyib Hacının? Məktəb üçün nə istəmişiksə, yox deməyib. Hələ üstəlik özü də tez-tez maraqlanır. Hər gəlişində. Yeri gəlmişkən, dünən də Cavanşir müəllim seçicilərin görüşünə gəlmişdi. Həmişə olduğu kimi, bu dəfə də bizim direktorla təkbətək söhbət edib. Nəyimiz çatmır, nəyə ehtiyacımız var? Dərhal da köməkçilərinə müvafiq tapşırıqlar verib. Həmçinin Hacı imkansız ailələrdən olan şagirdlərin ehtiyaclarını da daim diqqət mərkəzində saxlayır. Amma qəti tapşırığı var ki, bu barədə heç yerdə bircə kəlmə də danışılmasın. Gizli edir bu işləri, istəmir kimsənin ürəyi sınsın. Bütün bunlara görə də insanlarımız arasında nüfuzu, hörməti var Cavanşir müəllimin. Hamılıqla onun xətrini çox istəyirik. Heç kəsin xətrinə dəymək də istəmirəm, amma inanmıram ki, nə bizim qəsəbədə, nə də ümumiyyətlə bu seçki dairəsində başqa hansısa bir namizədin şansı olsun...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz altıncı sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024