Mobil versiya
Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTO
Tarix: 21-01-2020 | Saat: 18:07
Bölmə:Siyasət | çapa göndər

Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib -



75-sayılı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadə seçicilərlə bu gün geniş tərkibdə görüşlər keçirib.



Modern.az xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə 75 saylı Lənkəran –Masallı seçki dairəsi üzrə Liman, Nərimanabad, Üzümçülük və Qızılağac məntəqələrinin seçiciləri ilə bir araya gəlib.



Görüş zamanı Cavanşir Paşazadə seçicilərlə çox səmimi söhbətlər edib. Kənd sakinləri Cavanşir Paşazadənin ötən 5 ildə onların görüşünə gəldiyini, hər bir problemləri ilə maraqlandıqlarını qeyd ediblər.



Çıxış edən kənd sakinləri Havanisə Məmmədova və Siyavuş Süleymanov Cavanşir Paşazadəyə minnətdarlıqlarını ifadə ediblər.



Havanisə Məmmədova bildirib ki, deputatlığa namizəd olan Cavanşir Paşazadə bu yerlərə yabançı deyil:



“Cavanşir Paşazadə öz övladımızdır. O bizim doğmamızdır. İnsan özünə doğma olan adamı ətrafında görmək istəyər. Biz də Cavanşir müəllimi yenidən deputat görmək istəyirik”.



Siyavuş Süleymanov da deputatlığa namizədə uğurlar arzulayıb:



“Cavanşir Paşazadə həmişə bizim aramızda olur. O kəndə gələndə elə bilirik ki, ən əziz insanımız gəlir. O hər zaman seçicilərin problemlərini aidiyyatı orqanlara çatdırıb. Yenə də Cavanşir Paşazadəni deputatımız olaraq görmək istəyirik. Hər birimiz ona səs verəcəyik”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024