Mobil versiya
“Viski terroru”nda saxlanılan tələbənin atası Rüstəm Usubovdan kömək istədi, Ombudsmana təşəkkür etdi
Tarix: 21-01-2020 | Saat: 14:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Viski terroru”nda saxlanılan tələbənin atası


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və məsul şəxslər Bakı İstintaq Təcridxanasında saxta içki istehsalında şübhəli bilinərək saxlanılan İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi Talıblı İsmayıl Nazim oğluna baş çəkib.



Bu barədə Modern.az-a tələbəbinin atası, birinci qrup gözdən əlil Nazim Talıbov məlumat verib.



N.Talıbov operativ münasibətə görə, Ombudsman rəhbərliyinə təşəkkürünü bildirib:



“Sağ olsunlar, müraciət etdim, oğlumla maraqlanıblar. Ondan izahat alıblar. İsmayıl izahatında həmin mağazada ehtiyac üzündən, təhsili üçün satıcı işlədiyini bildirib. Həmçinin oğlumun xəstəliyilə də maraqlanıblar. Keçən dəfə sizə bildirdiyim kimi onun ayaqlarında “parez” xəstəliyi var. Onlar bildiriblər ki, məktub icradadır. Mən şəxsən Səbinə xanıma və qurumun məsul şəxslərinə təşəkkürümü bildirirəm”.



O qeyd edib ki, oğlu ilə görüşün baş tutmasına da Ombudsmanın müdaxiləsindən sonra nail olub:



“Həftənin şənbə günü lazımi vasitələri oğluma vermək üçün görüşə getdim, amma icazə vermədilər. Ombudsman Aparatına zəng edən kimi mənə dərhal kömək göstərdilər. Gözdən əlil olduğum, tez-tez gedib-gələ bilmədiyim nəzərə alınaraq görüşə icazə verdilər”.



Atası İsmayılın imthanlarda iştirak edə bilmədiyinə təəssüflənib:



“Mənim balamın indiyədək kəsri olmayıb. Saxlanıldığına görə 2 imtahanda iştirak edə bilmədi. Camaatın uşağı çayxanalarda vaxt keçirəndə o gecə-gündüz işləyib ki, təhsilini başa vura bilsin. Onun heç bir günahı yoxdur. Axı satıcı nə bilsin o şüşələrin içərisinə harada, nə doldurublar...



Mən gözdən əlil adamam, dövlətimə, onun qanunlarına güvənirəm. İnanıram ki, tezliklə ədalət bərqərar olacaq. Mən Baş prokurorun birinci müavini, cənab Rüstəm Usubovdan kömək istəyirəm. Onun ədalətinə sığınıram. Xahiş edirəm bir gəncin taleyinə biganə yanaşılmasın”.



Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə yanvarın 10-da gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib.



Aşkar olunan faktla bağlı Baş İdarədə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024