Mobil versiya
Keçmiş polis rəisi Vilayət Eyvazovun kadr islahatlarından danışdı
Tarix: 17-01-2020 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Keçmiş polis rəisi Vilayət Eyvazovun kadr islahatlarından danışdı


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun həyata keçirdiyi kadr islahatlarını çox müsbət dəyərləndirirəm.

Bunu Oxu.Az-a açıqlamasında keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun apardığı kadr islahatlarını şərh edərkən deyib.

O bildirib ki, daxili işlər orqanlarında son 15 ildə belə islahatlar olmayıb.

“Cənab Vilayət Eyvazovun Daxili İşlər naziri vəzifəsinə gətirilməsi çox düzgün təyinat idi. Çünki o, daxili işlər orqanlarının öz içərisindən yetişmiş kadrdır”, - deyə M.Hacıyev əlavə edib.

Onun sözlərinə görə, V.Eyvazovun yoxlamalar keçirməsi, strukturda, şəxsi heyətdə dəyişikliklər etməsi ictimaiyyət arasında müsbət qiymətləndirilir.

Keçmiş polis rəisi bildirib ki, Daxili İşlər nazirinin apardığı islahatların nəticəsi hiss olunmaqdadır:

“Artıq polisin fəaliyyətində müsbət yönümlü fəaliyyət göz qabağındadır”.

M.Hacıyev söyləyib ki, V.Eyvazov öz işini, nə etdiyini çox yaxşı bilir.

Qeyd edək ki, V.Eyvazov 2019-cu ilin iyunun 20-də Daxili İşlər naziri təyin olunub. V.Eyvazov vəzifəsinin icrasına başlayandan sonra bir sıra islahatlar aparıb, işində nöqsanlara yol verən polis əməkdaşları cəzalandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024