Mobil versiya
Əflatun Amaşov: Seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərcək
Tarix: 16-01-2020 | Saat: 11:10
Bölmə:Siyasət | çapa göndər

Əflatun Amaşov:


Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə maraq böyükdür.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşovun sözlərinə görə, elə media qurumları var ki, sanki seçki üzərində formalaşıb. MŞ sədri vurğulayıb ki, seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərcək: “Mətbuat Şurası seçki günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. "Qaynar xətt"ə daxil olan məlumatlar öncə Mərkəzi Seçki Komissiymasına ötürüləcək. Əvvəlki seçkilərdə "qaynar xətt"ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də elə olacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024