Mobil versiya
Migəçevir – heyvandarlar təsərrüfatlarının su təminatı ilə bağlı heç bir çətinliklə üzləşmirlər
Tarix: 11-12-2019 | Saat: 14:35
Bölmə:Ölkə | çapa göndər

Migəçevir – heyvandarlar təsərrüfatlarının su təminatı ilə bağlı heç bir çətinliklə üzləşmirlər


Məmmədəli Yusifovun rəhbərlik etdiyi Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti təsərrüfat sahibləri tərəfindən yüksək qiymətləndirilir

Bu gün Azərbaycan dövləti tərəfindən xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Aydındır ki, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrası ilk növbədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsini, məhsuldarlığın artmasını nəzərdə tutur. Birmənalı olaraq qeyd edə bilərik ki, bu baxımdan kənd təsərrüfatında heyvandarlığın inkişafı da önəmli məsələlərdən biridir. Bütün digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da istənilən bir sahənin inkişafına yalnız bu istiqamətdə fəaliyyət göstərən bütün müəssisələrin bigə əməyi sayəsində nail olmaq mümkündür. O cümlədən, bu gün ölkəmizdə aqrar sektorun inkişafı və bu zəmində ərzaq təhlükəsizliyi konsepsiyasının icrası işinə öz dəyərli tövhələrini verən müəssisələrdən biri də Məmmədəli Yusifovun rəhbərlik etdiyi Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsidir.



İlk növbədə məlumat üçün bildirək ki, Azərbaycanda 1956-cı ildən etibarən planlı surətdə qış otlaq sahələrinin su ilə təmin edilməsi məqsədilə geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanılmışdır. 1956-1990-cı illərdə 1105000 hektar qış otlaq sahələrində su təminatı sistemlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması işləri həyata keçirilmişdir. Sonradan bu sahələrin müəyyən hissəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. Hazırda qış otlaq sahələrində qış mövsümünü keçirən kiçik buynuzlu heyvanları su ilə təmin etmək üçün 7 Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismar İdarəsi fəaliyyət göstərir. Bu idarələrin əsas funksiyaları suyun fasiləsiz verilməsini təmin etmək və bu məqsədlə kollektorların, onların üzərindəki qurğuların və nasos stansiyalarının, yüksəktəzyiqli boru kəmərlərinin saz vəziyyətdə saxlanması vacib şərtdir. Məhz bu baxımdan da, Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin xidmət göstərdiyi ərazilərdə təsərrüfat sahibi olan fermerlər və yerli sakinlər, otlaq sahələrindən mütəmadi istifadə edən heyvandarlar, şəxsi təsərrüfat rəhbərləri və ümumiyyətlə su istifadəçiləri bu müəssisənin işindən razılıq edirlər. Aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, Məmmədəli Yusifovun rəhbərlik etdiyi bu idarə təsərrüfatların su təminatı ilə bağlı bütün məsələləri vaxtında və effektiv şəkildə həll edir. Bu səbəbdən də heyvandarlıq təsərrüfatlarının su ilə təminatında heç bir problem yaşanmır. Təbii ki, bütün bunlar müəssisə kollektivinin gərgin əməyi və ciddi səyləri nəticəsində əldə olunur. Həmçinin idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin hər zaman saz vəziyyətdə saxlanması da daim rəhbərliyin diqqət mərkəzindədir.



Təbii ki, bütün bu işlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi üçün hər bir müəssisə rəhbərindən müəyyən iş təcrübəsi və peşəkarlıqla yanaşı bəzi digər keyfiyyətlər də tələb olunur. Belə ki, insan özündə Vətənə sevgi və ölkə rəhbərliyinə sədaqət prinsiplərini formalaşdırmadıqca, onun gördüyü işlərin də səmərəsi, xeyiri az olacaq. Tam səmimiyyətlə demək olar ki, Məmmədəli Yusifov bütün bu keyfiyyətləri özündə cəmləməklə bərabər, onları rəhbərlik etdiyi kollektivin də bütün üzvlərinə aşılaya bilmişdir. Məhz bu səbəbdən də Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi bu gün fəaliyyətində yüksək effektivlik müşahidə olunan müəssisələrdən biridir.


aia.az
Abbas Abbasov
Elbrus bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024