Mobil versiya
DGK sədri: Xəyali ixracatla məşğul olan ölkələr var
Tarix: 06-12-2019 | Saat: 14:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

DGK sədri:


Bəzən bizi dırnaq arasında qınayan dövlətlər artıq bizimlə güzgü statistikası aparmaq istəmirlər.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Dövlət Gömrük Komitəsi istənilən dövlətlə statistik məlumat mübadiləsi aparmağa tam hazırdır:

“Başlanan və uğurla aparılan islahatlar qısa müddət üçün hesablanmayıb. Əgər ticarət etdiyimiz dövlətlərə bu tip sorğular gedirsə, bu o deməkdir ki, şəffaflaşma ilə bağlı ortada qalan problemlər aşkarlanıb aradan qaldırılacaq.

Sevindirici haldır ki, bəzən bizi dırnaq arasında qınayan dövlətlər ölkə başçısının son iki il ərzində bu istiqamətdə korrupsiya-rüşvətxorluqla bağlı apardığı islahatlardan sonra bizimlə şəffaf statistika mübadiləsi aparmaq istəmir. Çünki onların özündə şəffaflıq məsələsi müəmmalıdır. Bu da bizə məlumdur. Təbii ki, bunun da öz səbəbləri var.

İnanın ki, xəyali ixracatla məşğul olan ölkələr var. Özlərinin kölgə iqtisadiyyatlarının olması ilə bağlı problemlərin ortaya çıxmasından ehtiyat edən kifayət qədər ölkələr var. Əsas odur ki, biz bunu dünyaya bəyan edə bildik.

Qısa müddətdə Azərbaycanın ticarət əməliyyatları apardığı ölkələrə bunu rəsmi bəyan etməsi, ölkəmizdə aparılan islahatların şou xarakterli olmadığını sübuta yetirib. Onu da qeyd edim ki, cənab Prezidentin bu sahədə öz prinsipiallığı və bütün sahələrdə qalıcı və axıcı islahatları öz növbəsində bu sahəyə ciddi mesajdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024