Mobil versiya
"Azərbaycanla oyunda problemlə qarşılaşa bilərik" - Rayan Giqqz
Tarix: 15-11-2019 | Saat: 15:40
Bölmə:İdman | çapa göndər

"Azərbaycanla oyunda problemlə qarşılaşa bilərik" -


"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda millimizlə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib: “Beyl bu yaxınlarda zədələnmişdi. Amma onun vəziyyəti hazırda yaxşıdır”.

Giqqz final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq millimizə qalib gəlməli olduqları qeyd edib: "Oyunda nizam-intizam qaydaları vacibdir. İlk günlər məşq üçün çətin oldu. Məşq etməyə zamanımız məhdud idi. Azərbaycanla oyun asan olmayacaq. Bu rəqibin Xorvatiyadan xal aldığını bilirik. Qalib gəlməyə çalışacağıq. Problemlərlə qarşılaşa bilərik. Amma qalib olmağa çalışacağıq".

Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını da xatırladıb: "O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024