Mobil versiya
Deputat: Dünya dini liderlərin II Sammitinin Azərbaycanda keçirilməsi din xadimlərinin ölkəmizi yaxından tanımasına səbəb olacaq
Tarix: 14-11-2019 | Saat: 14:51
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar, aparıcı demokratik dövlətlər Azərbaycanda dinə olan münasibəti, ayrı-ayrı dinlərin mehriban münasibətlər şəraitində yaşamasını xüsusi qeyd edirlər.

Deputat hesab edir ki, bu Sammitin Azərbaycanda keçirilməsi nəticəsində din xadimləri bir çox vacib məsələləri - dünyada dinə olan münasibəti, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməsini, ən əsası isə dinin bu gün bəşəriyyət qarşısında duran problemlərin həllində oynaya biləcəyi rolları ciddi şəkildə müzakirə edə biləcəklər: "Bu tədbirin keçirilməsi həm də dünya din xadimlərinin Azərbaycanı bir daha yaxından tanımasına səbəb olacaq. Sammit iştirakçılarının əksəriyyəti ölkəmizdə olub. Amma iştirakçıların bir qismi Azərbaycanın müstəqil dövlət quruculuğunu, dövlətin insanların probleminə olan yanaşmasını, ölkəmizdə dinə olan münasibəti, dini ayinlərin keçirilməsinə dövlətin münasibətini bir daha görəcəklər".

A.Mirzəzadə Azərbaycanın bundan sonra da bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə həmişə hazır olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024