Mobil versiya
Dövlət Dəniz Agentliyi – dəniz nəqliyyatı sahəsində dövlət siyasəti effektiv şəkildə həyata keçirilir
Tarix: 14-11-2019 | Saat: 10:59
Bölmə:Manşet / Gündəm / Seçilənlər-2 | çapa göndər

Dövlət Dəniz Agentliyi – dəniz nəqliyyatı sahəsində dövlət siyasəti effektiv şəkildə həyata keçirilir




Son vaxtlar ölkə mətbuatında dövlətin strateji əhəmiyyət kəsb edən bəzi qurum və təşkilatlarının rəhbərliyində duran vəzifəli şəxslərə qarşı “hücumlara” tez-tez rast gəlirik. Belə təəssürat yaranır ki, respublikamızda gedən dinamik inkişaf, Azərbaycanın artıq çoxdan regional lider dövlətə çevrilməsi təkcə xarici düşmənlərimizi deyil, həmçinin onların ölkə daxilində olan bəzi təəssübkeşlərini də narahat edir. Əlbəttə ki, belə “qara piar” kampaniyalarına səbəb ola biləcək başqa bir məqam kimi şəxsi maraqların təmin olunmamasını və bu zəmində qərəzli münasibətlərin formalaşmasını da göstərmək olar. Amma istənilən halda, belə böhtan kampaniyaları yalnız və yalnız düşmən dəyirmanına su tökən qüvvələrin maraqlarını təmin edə bilər.

Bu günlərdə mətbu orqanlarından birinə məxsus daha bir saytda növbəti belə bir böhtan xarakterli materialla rastlaşdım. Bu dəfə “hədəf” kimi seçilmiş şəxs Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov idi.

Yəqin ki, beş dövlətin əhatəsində yerləşən Xəzər dənizinin geostrateji mövqeyi və bundan dolayı ölkəmiz üçün də Xəzərlə bağlı istənilən bir məsələnin böyük əhəmiyyəti barədə danışmağa ehtiyac yoxdur. Xüsusilə bu gün Xəzərdə dəniz nəqliyyatı ilə bağlı bütün məsələlərin dövlət əhəmiyyəti kəsb etdiyi də hər kəsə məlumdur. Bu baxımdan əlbəttə ki, Dövlət Dəniz Agentliyinin fəaliyyətinin də hər zaman xüsusi diqqət mərkəzində olması təəccüblü deyil. Məlumat üçün xatırladaq ki, qurum ilk öncə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası olaraq, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılıb. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib. Agentlik Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Məlumdur ki, Azərbaycan 1995-ci ildən 170 dövlətinin daxil olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür və bu əsasda Dövlət Dəniz Agentliyi də BDT ilə sıx əməkdaşlıq edir, təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Aydındır ki, son illərdə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, dəniz nəqliyyatı sahəsinin inkişafında da çox böyük uğurlar əldə olunmuşdur. Gəmiçiliyin, dəniz nəqliyyatı sahəsinin inkişafına Azərbaycan dövləti tərəfindən göstərilən xüsusi diqqət sayəsində bu gün ölkəmiz Xəzərdə də bir çox əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu baxımdan məhz Dövlət Dəniz Agentliyi müvafiq sahədə fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilər tərəfindən beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirərək böyük uğurların qazanılmasını təmin etmişdir. Bu gün Agentlik qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Bu məqsədlə son illər ərzində ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olmuş, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla da əlaqələrini genişləndirmişdir.

Bunu da qeyd edək ki, 2006-cı ildən etibarən ARDDA-ya (DDA) rəhbərlik Qüdrət Qurbanova həvalə olunmuşdur. Birmənalı olaraq demək lazımdır ki, Qüdrət Qurbanovun bu quruma rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində ölkəmizdə yürüdülən dövlət siyasətinin effektiv şəkildə həyata keçirilməsi hər zaman yüksək səviyyədə təmin edilib.
Təsadüfi deyildir ki, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Sonda belə bir məqama da toxunmaq istərdim ki, DDA-nın rəhbərliyinə qarşı böhtan xarakterli, əsassız iddiaların yer aldığı materialda təsvir olunan insident, müəllifin özünün də qeyd etdiyi kimi, 2003-cü ildə baş verib (əlbəttə əgər ümumiyyətlə baş veribsə...). Aydın deyil ki, müəllif Agentliyin direktoru vəzifəsinə yalnız 2006-cı ildə təyin olunmuş Qüdrət Qurbanova qarşı həmin olaydan hansı əsasla yararlanmağa çalışır?
Və bundan daha vacib olan bir sual da budur ki, görəsən ölkəmizin strateji əhəmiyyət kəsb edən bir dövlət qurumunu beynəlxalq təşkilatlar qarşısında nüfuzdan salmağa çalışan insanlar öz qarşılarına hansı məqsədləri qoyublar?


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024