Mobil versiya
Müsavatın piket cəhdi: Cəmi 15 nəfər iştirak edib
Tarix: 12-11-2019 | Saat: 16:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müsavatın piket cəhdi:



Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.
İdarənin Mətbuat Xidmətindən Azvision.az -a daxil olan açıqlamada deyilir:

"Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunmuşdur.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilmişlər.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərmişlər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınmışdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024