Mobil versiya
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Tarix: 07-11-2019 | Saat: 13:07
Bölmə:Cəmiyyət | çapa göndər

Türkiyədə həkim azərbaycanlı


Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib.

Oxu.Az xəbər verir ki, hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib.

Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib.

Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb.

Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024