Mobil versiya
Vitse-spikerdən deputata irad: “Bura selfi çəkmək yeri deyil”
Tarix: 22-10-2019 | Saat: 14:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vitse-spikerdən deputata irad:


“Təəssüf edirəm ki, bəzi həmkarlarımız oturduğu budağı laxladır. Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Hörmətli deputatlar, plenar iclas zamanı bizi 8 kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur. İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker bildirib ki, Milli Məclis ciddi orqandır:

“Fazil Mustafa, siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizidir. Bunu Milli Məclis rəhbərliyinin adına yıxmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. Sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə. Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur. Bu, artıq, qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiziyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024