Mobil versiya
Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır
Tarix: 22-10-2019 | Saat: 11:20
Bölmə:İdman | çapa göndər

Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır


Bu gündən Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletlərinin satışına başlanılır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, biletlər bu gündən şirkətin rəsmi veb saytında satışa çıxarılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib ki, yarışın keçirilməsinin 5 illiyi münasibətilə avtoidman həvəskarlarına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir: "Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək. Həmin tarixdən sonra biletlər tam qiymətlə satılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir".

Məlumatda deyilir ki, dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər tətbiq olunur.

Azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiymətləri tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün biletlərin qiyməti 110-190 manatdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024