Mobil versiya
XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı "qara siyahı"dan çıxarılıb
Tarix: 15-10-2019 | Saat: 10:36
Bölmə:Siyasət | çapa göndər

XİN:


İsveçrə Konfederasiyasında fəaliyyət göstərən "Kuhner Fondu" Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, bu fondun rəhbəri Laura Kuhner, eləcə də onun üzvlərinin Tim Bürgin və Qifti Dvamena adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş edib.

XİN-dən aia.az-a verilən məlumata görə, məktubda "Kuhner Fondu" Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

"Kuhner Fondu"nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024