Mobil versiya
Avtomobilin vurub öldürdüyü bu piyadanı kim tanıyır? - Nazirlik elan verdi
Tarix: 11-10-2019 | Saat: 14:06
Bölmə:Cəmiyyət | çapa göndər

Avtomobilin vurub öldürdüyü bu piyadanı kim tanıyır? -


Göygöldə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi dəqiqləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan aia.az-a verilən məlumata görə, oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024