Mobil versiya
Messi və Van Deyki yaxşılar sırasında görmədi - Ronaldonu seçimi
Tarix: 24-09-2019 | Saat: 12:25
Bölmə:İdman | çapa göndər

Messi və Van Deyki yaxşılar sırasında görmədi


"The Best"in finalçıları Lionel Messi, Vircil van Deyk və Kriştiano Ronaldo da FİFA-nın dünyanın ən yaxşı futbolçusu sorğusunda iştirak ediblər.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Argentina millisinin kapitanı Messi müvafiq ardıcıllıqla Sadio Mane, Kriştiano Ronaldo, Frenki de Yonqa səs verib.

Portuqaliya millisinin kapitanı Ronado isə digər finalçılara səs verməyib. "Yuventus"un hücumçusu birinci yerə yeni komanda yoldaşı Matteys de Liqti, ikinci yerə Frenki de Yonq, üçüncü yerə isə Kilian Mbappeni layiq bilib.

Hollandiya millisinin kapitanı Vircil Van Deyk üçün ən yaxşı futbolçu Lionel Messidir. "Liverpul"un müdafiəçisi komanda yoldaşları Məhəmməd Salah və Sadio Maneni növbəti yerlərə layiq görüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024