Mobil versiya
TBMM-in spikeri: Türk Şurası türkdilli ölkələr arasında münasibətləri daha da möhkəmləndirir
Tarix: 24-09-2019 | Saat: 11:54
Bölmə:Siyasət | çapa göndər

TBMM-in spikeri:


Türk Şurası türkdilli ölkələr arasında münasibətləri daha da möhkəmləndirir.

Trend-in məlumatına görə, bunu Türkiyə parlamentinin (TBMM) spikeri Mustafa Şentop Astanada Türk Şurasına həsr olunmuş konfrans zamanı deyib.

Spiker bildirib ki, Türk Şurası region üçün vacib birlikdir.

O, həmçinin, Özbəkistanın Türk Şurasına daxil olması barədə qərarın təşkilat üzvləri üçün əhəmiyyətli olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın Türk Şurasına üzv olduğunu, yaxın zamanlarda Türkmənistanın da quruma daxil olacağını bildirmişdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024