Mobil versiya
Səhiyyə Nazirliyi: Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil
Tarix: 24-09-2019 | Saat: 11:52
Bölmə:Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyi:


Bəzi KİV-lərdə yayılan məişət əşyaları yüklənən Təcili Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil.

Bunu aia.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur: "Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024