Mobil versiya
Mədəni irsimiz milli sərvətimizdir
Tarix: 23-09-2019 | Saat: 16:14
Bölmə:Karusel | çapa göndər

Mədəni irsimiz milli sərvətimizdir



Masallı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin bütün istiqamətlərdə inkişafına yönəldilib

Məlum olduğu kimi, bu gün ölkəmizdə mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə özünün effektiv işi ilə diqqəti cəlb edən qurumlardan biri də Masallı Regional Mədəniyyət İdarəsidir. Hazırda bu idarənin tabeliyində Masallı, Cəlilabad və Yardımlı rayonlarında yerləşən 3 muzey, ümumilikdə 172 filialı birləşdirən 3 mərkəzləşdirilmiş kitabxana sistemi, 3 Heydər Əliyev Mərkəzi, 2 Uşaq musiqi məktəbi, 3 Uşaq incəsənət məktəbi, 3 rayon Dövlət Rəsm Qalereyası, 2 rayon Mədəniyyət Mərkəzi, 1 mədəniyyət evi və 24 kənd klubu fəaliyyət göstərməkdədir.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümovadır.

Qısa arayış:




Mövsümova Lətifə Əjdər qızı 1951-ci il fevralın 13-də Masallı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun Pedaqoqika-Psixologiya fakültəsini bitirib. 1978-ci ildə Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri, 2006-ci ildən Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 2017-ci ildən Masallı Regional Mədəniyyət və Tturizm İdarəsinin rəisi, 2018-ci ilin iyun ayindan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır. Ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Əməkdar Mədəniyyət işçisidir.
Qeyd etmək lazımdır ki, Masallı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir. Biz də həmin tədbirlərdən bəziləri haqqında oxucularımızı məlumatlandırmaq istəyirik.

Kitabxana ən balacalar üçün

Əlbəttə ki, əgər biz mədəni irsimizin qorunub saxlanmasından, onun gələcək nəsillərə daha da zənginləşdirilmiş şəkildə çatdırılmasından danışırıqsa, bu zaman həmin irsə sevgini də öz övladlarımıza lap kiçik yaşlarından aşılamalıyıq. Məhz bu baxımdan da Masallı Regional Mədəniyyət İdarəsinin və qurumun tabeliyində olan müəssisələrin fəaliyyəti diqqətəlayiqdir. 2019-cu il sentyabr ayının 5-də Masallı rayon Mərkəzi kitabxanasının əməkdaşları şəhər 3 saylı uşaq bağçasında “Nağıl saatı” adlı tədbir təşkil ediblər. Tədbirdə iştirak edən Oxu zalının müdiri Şəmsurə Nəsirova və Lətafət Əlirzayeva uşaqlara “Azərbaycan nağılları”ndan “Kiçik şahzadə”, “Yeddi qardaşlar”, “Xoruzun hiyləsi”, “İki tənbəl”, “Tərs keçilər”, “Cırtdan”, “Canavar və durna”, “Kobud ayı” nağıllarını oxuyublar. Nağıllar aləminə səyahət edən uşaqlar nağıl qəhrəmanlrının hər cür çətinliklərə sinə gələrək sonda öz arzusuna çatmağının bir daha şahidi olublar. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır. Hər bir nağılın sonunda uşaqların nağılı daha dərindən dərk etməsi və yadda saxlması üçün buradakı qəhrəmanlar və hadisələr haqqında ətraflı məlumat verilib.




Milli-mənəvi dəyərlərimizn təbliği əsas fəaliyyət istiqamətlərindən biridir

Gənclərin asudə vaxtını səmərəli təşkili ilə bağlı R.Tağıyev adına Tarix- Diyarşünaslıq muzeyində “Qədim dulusçuluq mədəniyyəti bu gün” mövzüsunda təıdbir keçirilmişdir. “Milli dəyərlərimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur” – Masallı Regional Mədəniyyət İdarəsi öz fəaliyyətini məhz bu şüar altında qurur. 17 sentyabr tarixində Masallı Tarix Diyarşünaslıq muzeyində Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə “Qədim dulusçuluq mədəniyyəti bu gün” mövzusunda tədbir keçirilib. Tədbirdə Asan xidmətin “Könüllülər” qrupunun üzvləri iştirak ediblər. Ərkivan qəsəbə sakini Nuriyev Cəsarətin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, gənclərə rayonun tarixindən və xalq tətbiqi sənətinin qədim sirlərindən danışılıb. Qərara alınıb ki, bundan sonra da yeniyetmə və gənclərin bədii-estetik zövqünün formalaşdırılması, habelə onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə milli-mənəvi dəyərlərimizn təbliği fonunda olan tədbirlər mütəmadi olaraq muzeydə və muzeydən kənarda keçiriləcəkdir.

Milli Musiqi Günü belə qeyd olundu




18 sentyabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirdi ki, Üzeyir Hacıbəylinin anadan olduğu gün sadəcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Dahi bəstəkarın dünyaya gəldiyi günün bayram kimi qeyd edilməsi ənənəsi maestro Niyazi tərəfindən başlanıb. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Həmçinin sentyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində “3D” kinozalında rejissoru Hüseyn Seyidzadə olan, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş film nümayiş olundu. Filmdən öncə şagirdlərə Mərkəzin direktoru Dilbər İbayeva dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Tədbirin sonunda şagirdlər bəstəkarın “Koroğlu” operasından uverturanı dinlədilər.



Əlbəttə ki, yuxarıda qeyd edilən bu tədbir və görüşlər Lətifə Mövsümovanın rəhbərlik etdiyi Masallı Regional Mədəniyyət İdarəsinin təkcə sentyabr ayı ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirir. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Masallı Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Lətifə xanıma onların bu çətin, məsuliyyətli və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az
Abbas Abbasov
Elbus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024